Amina & S

“Amina & S Group”Labaratoriya avadanlıqlarının təchizatı, quraşdırılması və təlimini yerli və beynalxalq layihələr üzrə icra edir.

Şirkətimiz etibarlı təchizatçılardan və istehsalçılardan laboratoriya avadanlıqlarının tədarükünü təşkil edir. Şirkətlərlə birbaşa əməkdaşlıq orijinallığa zəmanət verməyə və geniş çeşiddə məhsul təklif etməyə imkan verir. Texniki məlumatlar tam konsaltinq dəstəyi ilə ilk mənbədən verilir. “Amina & S Group” Azərbaycan Respublikasında “Perkin Elmer” şirkətinin ilk rəsmi distribyutorudur.

Niyə Amina and S Group?

Biz “Amina & S Group” olaraq müştərilərimizə mükəmməllik, keyfiyyət, təhlükəsizlik təklif etməklə işlərimizə əlavə dəyər qatmış oluruq.İşimizi yüksək standartlarda icra etməyə əminik və müştərilərimizin bizimlə əməkdaşlığından məmnunluq hissiyatı ilə yadda qalmağımızı təmin edirik.

Əgər Siz də layihənizi mükəmməl keyfiyyətli və təhlükəsizliklə həyata keçirmək istəyirsinizsə, “Amina & S Group” ilə əlaqə saxlayın. Bizimlə əməkdaşlığın Sizə necə fayda gətirə biləcəyini şəxsi təcrübənizdə yoxlayın!